16 C
Baku
Monday, October 14, 2024

Əmək haqqları ilin əvvəlindəkindən də aşağı düşdü [qrafik]

2020-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 17.1 faiz artaraq 706.6 manat (₼) olub. Banker.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayır.

Lakin bildirməliyik ki, ilin əvvəlində bu rəqəm ₼712.1 idi. İlin mart ayının sonunda açıqlandı ki, orta aylıq əməkhaqqı ₼744.5-dir. Bu ölkə tarixində maksimum idi. Cari ilin ilk rübündə ölkədə koronavirusun yayılması və sərt karantinlərdən sonra orta aylıq əmək haqqının azalma tendensiyası müşahidə edilir.

“İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub”– deyə press-relizdə qeyd edilir.

Banker.az həmin qrafiki təqdim edir.

32
DSK

DSK-dən deyirlər ki, 2020-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 42.5 min nəfər və ya 2.6 faiz artaraq 1681.6 min nəfər olmuş, onlardan 908.0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 773.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,4 faizi təhsil, 18.3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1 faizi sənaye, 8.2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 8.1 faizi tikinti, 6.6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3.4 faizi peşə, elmi və texniki fəaliyyət, 1.7 faizi maliyyə və sığorta fəaliyyəti, 13.2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

 

Son xəbərlər
Digər xəbərlər