“Mütəmadi aparılan təhlillər nəticəsində Azərbaycanda “orta aylıq əmək haqqı” anlayışının “aylıq orta əmək haqqı” sözləri ilə əvəz olunması üçün Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Heydərov “Növbətçi Müfəttiş”də çıxışı zamanı deyib.
DƏMX rəisi qeyd edib ki, layihə hazırlanıb və razılaşdırılma mərhələsindədir: “Çünki aylıq orta əmək haqqı orta əmək haqqının bir hissəsi kimidir”.