25 C
Baku
Saturday, April 20, 2024

Əmək məcəlləsində dəyişiklik: evdən (məsafədən) işləmək mümkün olacaq

Xəbər verdiyimiz kimi, Əmək Məcəllənin 163 sayda maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər ediləcək.  

Banker.az Mks-a istinadla məlumat verir ki, qanun qüvvəyə mindikdən sonra Əmək Məcəlləsinə əsasən işçisinin öz evində, habelə distant (məsafədən) iş vəya teleiş formasında işləməsinə icazə veriləcək. Bununla bağlı,  Əmək Məcələsinin “Əmək şəraitinin əlavə şərtləri” bəndinə aşağıdakı cümlə əlavə ediləcək: 55-ci maddənin birinci abzası birinci hissə hesab edilsin və bu maddəyə aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin: Əmək funksiyalarının işçinin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş  formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən edilir.

Yeni təklif olunan maddədən göründüyü kimi, işçinin mütləq olaraq işə gəlməsinə artıq ehtiyac olmayacaq. Əmək müqaviləsində qeyd edilməklə İşçi öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında da işləyə bilər.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər