11 C
Baku
Friday, January 10, 2025

Əmək məhsuldarlığını inanılmaz səviyyəyə qaldıracaq yeddi addım

Sıradan bir iş gününü inanılmaz məhsuldar günə çevirmək üçün çox praktiki bir məsləhət:

Bəzən siz gözləniləndən daha çox səy göstərməli olursunuz. Hərdən elə olur ki, siz böyük bir proyekti tamamlamalı, başladığınız bir tapşırığı sona çatdırmalı, ya da sadəcə bir ton işi bir gün də əldən çıxartmalı olursunuz. 
Burada normal bir iş gününü qeyri adi dərəcədə məhsuldar iş gününə çevirməyin ən yaxşı yolu verilmişdir.

1. Qoy hamı bilsin. Müdaxilələr diqqəti yayındırır və məhsuldarlığı öldürür. Beləliklə bəzən ailənizin bilməyərək yol verdiyi kiçik səhvlər sizə öz işinizi görməyə mane olur. İş yoldaşlarınıza və ailə üzvlərinə bildirin ki, siz “proyekt günü” planlaşdırırsınız. Bunu əsas müştərilərə də bildirin.  Onlara elan edin ki, siz ikinci günü tamamı işə qapanacaq və yalnız üçüncü gün bütün e-mail və zənglərə cavab verəcəksiniz. Təcili hallar olarsa insanlara kimə müraciət etmək lazım olduğunu da söyləyin. Bəziləri ikinci gün olmamış sizlə əlaqəyə girəcək. O birilərin isə ağlında qalacaq ki, siz bu günlərdə müsayət  deyilsiniz. Istənilən halda, siz artıq özünüzü sığortalamış olursunuz.

Üstəgəl siz öz tərəfdaşlarınız tərəfindən “həmkar təzyiqi” ilə üzləşirsiniz və bu sizin xeyrinizədir: Siz insanlara proyekti bitirməyi plandığınızı deyəndə, həqiqətən də tezliklə onu bitmiş halda görmək istəyirsiniz.  “Həmkar təzyiqi”  çox yaxşı motivasiya ola bilər, ondan möhkəmcə yararlanın.

2. Hədəf qurun. Öz iş gününüzü bu kimi sürüşkən parametrlər əsasında planlaşdırmayın, “mən mümkün olduğu qədər işdə çox qalacağam”, ya da “mən özümü məhsuldar hiss etməyənə qədər otaqdan çıxmayacağam”. Bu yanaşmalar sizə yalnız zahirdə asan görünə bilər. Işin nə qədər çəkəcəyini dəqiqləşdirin və bu vaxt ərzində işləməyə qərar verin. Rəqəmlər təyin edin.

Bu yanaşmanın da çox super faydası vardır: sizin təyin etdiyiniz vaxt sərhədləri nə qədər uzun olsa, sizə elə gələcək ki, erkən iş saatları bir o qədər sürətlə keçir. Mən istehsalatda işləyəndə biz səkkiz saatlıq iş rejimi ilə çalışırdıq. Günortada yeməyindən əvvəlki saatlar bizə sonsuz görünürdü; iş gününün son iki saatı ondan da pis idi. Çox işin olduğu dönəmlərdə isə, biz on iki saatlıq iş rejimi ilə çalışırdıq. Gündüz saatlar sanki quş kimi uçurdu, çünki biz hələ uzun müddət işdə olacağımızı bildiyimiz görə vaxtı öyrənmək üçün tez-tez saata baxmırdıq. Sizin uzun müddətli bir sınaqda olanda sizin beyniniz də qeyri iradi olaraq buna uyğunlaşır. Bunu siz də sınaya bilərsiniz, həqiqətən də işə yarayır.

3. Qeyri adi dərəcədə erkən və ya elə o qədər də gec başlayın. Siz öz normanızdan kənar istiqamətdə addım atanda, sizin vaxt cədvəlləriniz perspektivləri də dəyişir. Ya səhər saat 5-də durub erkən işləməyə başlayın, ya da məktəb vaxtlarını yenidən yada salın, axşam saat 6-dan başlayaraq, bütün gecə boyu işləyin. Öz qeyri adi dərəcədə məhsuldar iş gününün ilk mərhələsinə iş vərdişlərini köklü sürətdə dəyişmək ilə başlayın.

4. Digər həzləri təxirə salın. Dəyək siz, işlədiyiniz zaman musiqiyə qulaq asmağı xoşlayırsınız. Olmaz, ən azından ilk bir neçə saat ərzində. Bu yolla sizin təşəbbüskarlığınız həqiqətən aşağı düşməyə başlayanda, musiqini işə salmaq sizə yenidən qalxmağa kömək edəcək. Müəyyən müddətə olsa belə, iş gününüzü işıqlandıra biləcək, yəni ona parlaqlıq gətirəcək istənilən bir vasitədən möhkəm yapışın. Təxirə salınmış həzzi bir təzminat kimi almaq həmişə daha çox həzz bəxş edir və bu halda o, sizi ayaq üstə tutmağa davam edən bir qığılcım rolunu oynayır.

5.  Lazım olmamışdan əvvəl öz enerjini toplayın. Formalaşmış atletlər su içənə qədər tamam ilə susuzlamağı gözləsələr, həddindən artıq susuz qalmış olarlar. Bu şərtlər işə də aiddir. Məsələn, öz qəlyanaltı payınızı həmişəkindən daha tez yeyin. Elə indi su içməyə başlayın. Adətən oturursunuzsa, indi özünüzü yorğun və xəstə hiss etməmişdən qabaq ayağa qalxın. Əgər adətən ayaq üstə qalxırsınızsa, beliniz quruyanda və ya ayaqlarınız gizildəyəndə əvvəlcə oturun. Situasiyanı idarə edin ki, narahatlıq və halsızlıq sizin motivasiyanı zədələyə və ya qərarınızı zəiflədə bilməsin.
Sizin planın ağılla işə yaramasının qeydinə qalın. Qəlyanaltı üçün bir saat vaxt ayırmayın. Tez hazırlaya və cəld şəkildə yeyə biləcəyiniz bir qida seçin, unutmayın ki, bu qeyri adi gündür, ona görə də normadan kənar davranın.

6. İstirahət fasilələri deyil, məhsuldarlıq fasilələri götürün. Nyutonun məhsuldarlıq qanununa görə, hərəkətdə olan məhsuldar insan hərəkətdə qalmağa meyl edir. Hərəkət tempini olduğu kimi saxlamaq hər şeydir. TV və ya İnternet fasiləsi götürməyin. Elə istirahətlər götürün ki, sizin fəaliyyət gücünüzü və işin tamamlanması istəyini daha da canlandırsın. Cəld bir gəzintiyə çıxın və növbəti addımda nə edəcəyiniz haqqında düşünün. Sonra geriyə, öz işinizin içinə qayıdın. Hətta passivlik vəziyyətində keçirilmiş bir neçə dəqiqə də yenidən əvvəlki hərəkət tempini bərpa etməyi xeyli çətinləşdirir.

7.  İş başa çatmayana qədər dayanmayın. Sadəcə yorğunluğa və ya artıq işləməkdən sıxıldığına görə dayanmaq bir bəhanədir ki, getdikcə insanda aludəçiliyə çevrilir. (bundan əlavə siz həmişə düşündüyünüzdən daha çox etməyə qadirsiniz).
Əgər tamamlanma üçün yeganə maneə əzmkarlıq və motivasiyadırsa, bu maneəni aşın və işləməkdə davam edin.

Öz normal iş gününüz haqqında fikirləşin: hərdən elə məqamlar olur ki, siz bir qayda olaraq belə düşünürsünüz: “budur son”.  “Bu mənim bu günə olan son qüvvəmdir, mən daha tükənmişəm”. Bu limit əslində çox-çox əvvəl qoyulub, lakin bu limit sünidir və o sadəcə vərdişə əsaslanır. Ağrının içindən çıxmaq, elə bir xüsusiyyətdir ki, bunu hər bir kəs inkişaf etdirə bilər. Siz bunu edərkən avtomatik olaraq öz əzmkarlıq sərhədlərini də əvvəlkindən daha geniş etmiş olursunuz və sizin iş qabiliyyətiniz də adi günlərdən daha çox olur.

Son xəbərlər
Digər xəbərlər