1 C
Baku
Saturday, December 14, 2024

Əmək müqavilələri sayının artması, büdcə üçün 300 mln. manat vergi itkisinə səbəb olub

Sahibkarların iş yerlərini və verilən əməkhaqlarını rəsmiləşdirməsi üçün vergi qanunvericiliyində onlara vergi stimulları müəyyən edilib.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, vergi güzəştlərinin tətbiq olunduğu 2019-cu ilin əvvəli ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrin sayı həmin il 18,3 faiz, 2020-ci ildə isə 24 faiz artıb. Bu zaman həmin sektorda əməkhaqqı fondunun artım templəri müvafiq olaraq 29,5 faiz və 12,3 faiz təşkil edib.

Bu addım büdcə üçün orta hesabla illik 300 milyon manat vergi itkisinə səbəb olsa da, ümumən əməkhaqqı fondunun “ağarması” hesabına DSMF-yə daha çox sosial sığorta haqlarının daxil olmasına imkan yaradıb.

Son xəbərlər
Digər xəbərlər