8 C
Baku
Monday, November 18, 2024

Əmək pensiyasına əlavələrin ödənilməsinin dayandırılması qaydası təsdiqləndi

Əmək pensiyasının və əmək pensiyasına əlavələrin ödənilməsinin dayandırılması qaydası təsdiqlənib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavələrin ödənilməsi Qanunun 37.8-ci maddəsi ilə müəyyən edilmiş hallar aşkar edildikdə dayandırılır. Həmin hallar aşağıdakılardır:

– əmək pensiyaçısı vəfat etdikdə;

– əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda;

– bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda).

Son xəbərlər
Digər xəbərlər