12 C
Baku
Sunday, November 17, 2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərə texniki-metodiki kömək göstərib

Dövlət Əmək Müfəttişliyi Xidməti bu il 3100-dən çox işəgötürən və işçiyə texniki-metodiki kömək göstərib.

Banker.az bu barədə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti  “Əmək müqaviləsi bildirişi” altsistemi ilə bağlı işəgötürən və işçilərdən daxil olmuş 3 101 müraciətlə əlaqədar onlara texniki-metodiki kömək göstərib.

Müraciətlərinə əsasən işəgötürənlər əmək müqaviləsi bildirişi üzrə e-sistemdən düzgün istifadə olunması, bildirişlərin e-sistemə daxil edilməsi zamanı yol verilmiş texniki səhvlərin aradan qaldırılması, əmək münasibətlərinin qanunvericiliyə uyğun həyata keçirilməsi ilə bağlı məsələlərdə müvafiq dəstəklə təmin ediliblər. Onlara həmçinin əmək fəaliyyəti, habelə müəssisələrin işçilərinin sayı, vətəndaşlıqları, iş rejimləri və s. barədə məlumatların e-sistemdən əldə edilməsi istiqamətində yardım göstərilib.

Məlumat üçün qeyd edək ki, Əmək qanunvericiliyi ilə bağlı suallarınıza cavab almaq, əmək hüquqlarınız pozulduğu hallarda şikayət etmək üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə ([email protected]elektron qaydada və ya poçtla (Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 37) müraciət edə, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 – Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər