2 C
Baku
Saturday, December 14, 2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsasnaməsində dəyişiklik edildi

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 15 mart 2023-cü ildə fərman imzalayıb.

Banker.az xəbər verir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq, Nazirlik sisteminə daxil olan qurumların fəaliyyətini yoxlamaq, habelə onların fəaliyyətinə nəzarəti həyata keçirmək;”.

(Əvvəl: 3.1.8. öz səlahiyyətləri daxilində Nazirliyin strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların fəaliyyətinə nəzarəti həyata keçirmək;)

2. 3.1.65-ci yarımbənddə “Nazirliyin strukturuna daxil olan qurumlar və tabeliyində olan digər” sözləri “Nazirlik sisteminə daxil olan” sözləri ilə əvəz edilsin.

(Əvvəl: 3.1.65. Nazirliyin strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlarda maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil etmək, onların istifadəsinə nəzarət etmək, struktur bölmələrinin fəaliyyətinin səmərəliliyinin artırılması ilə əlaqədar müvafiq tədbirlər görmək;)

3. 3.1.69-cu yarımbəndə “peşəkarlıq” sözündən əvvəl “Nazirlik sistemində” sözləri əlavə edilsin.

(Əvvəl: 3.1.69. Nazirliyin işçilərinin fəaliyyətini və peşə hazırlığını mütəmadi yoxlamaq və zəruri tədbirlər gömək, peşəkarlıq__ səviyyəsinin yüksəldilməsi məqsədi ilə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;)

4. 4.1.12-ci yarımbəndə “fəaliyyət istiqamətlərinə” sözlərindən əvvəl “Nazirlik sistemi üzrə” sözləri əlavə edilsin.

(Əvvəl: 4.1.12. fəaliyyət istiqamətlərinə __ uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək, bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində elmi tədqiqat işlərinin aparılmasını təmin etmək;)

5. 5.1-ci bənddən “və Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” sözləri çıxarılsın.

(Əvvəl: 5.1. Nazirliyin aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir).

6. 5.5.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.5.4. Nazirliyin Aparatının, Nazirlik sisteminə daxil olan qurumların fəaliyyətinə nəzarəti təşkil edir və onların işinin əlaqələndirilməsini təmin edir;”.

(əvvəl: 5.5.4. Nazirliyin aparatının onun strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların fəaliyyətinə nəzarəti təşkil edir və onların isinin əlaqələndirilməsini təmin edir;)

Son xəbərlər
Digər xəbərlər