Sədaqət insanlar arasında xoş münasibətlərin, qarşılıqlı anlaşmanın və etibarın hökm sürdüyü mühitdə meydana çıxır. Əməkdaşların daha çox sevgisini qazanmaq istəyirsiniz? Bütün bu sadalana faktorları ümumi hədəflər və ədalətlilik ilə birləşdirin. Forbes.com sədaqətliliyi əməkdaşların təbii, anadangəlmə keyfiyyəti kimi qəbul etməməyi məsləhət görür, o bütün liderlərə əməkdaşları gündən-günə işə daha çox bağlayacaq təşkilatı mədəniyyət qurmağı tövsiyə edir. Bunu etməyin beş üsulunu sizin diqqətinizə təqdim edirik.
1. Həqiqəti söyləyin.
Lider qabiliyyətləri və ya digər dəyərli talantları olan insanlar tapın və onlara bu xüsusiyyətləri inkişaf etdirməyə kömək edin. Gələcəkdə bu istedadlı şəxslər digər əməkdaşlara da inkişaf etməyə kömək edəcək.
2. Vəzifə öhdəliklərini və karyerada irəliləmə imkanlarını müzakirə edin.
Uğura aparan yolu təkcə bir qrup seçilmiş insanlara deyil, bütün əməkdaşlara göstərin. Bəzən çətin olacaq, amma həmişə xatırlayın ki, liderin ən başlıca səriştəliliyi ondadır ki, o heç vaxt öz əməkdaşını pis xəbərlər ilə təəccübləndirməli deyil. Hər bir işçi üçün inkişaf planı tərtib edin, həmçinin digərlərindən bir az geri qalanlar üçün “təkan verici” planlar düzəldin. Əmin olun ki, hamı bu plandan xəbərdardır.
3. Xoş münasibətlərə dəyər verildiyi təşkilati mədəniyyət qurun.
Əgər siz komanda daxili münasibətlərə aydınlıq gətirsəniz, qarşılıqlı münasibətləri, işçilər ilə rəhbərli arasındakı əlaqələri qaydaya salsanız loyallıq daha çox artacaq, nəinki ofis üçün adi stolüstü futbol oyunu, loqotipləri əks olunduğu maykalar və ya digər müxtəlif əşyalar almaq.
4. Dürüst və açıq sözlü olun
Söhbət heç də hamı ilə şəxsi yaxınlıq etməkdən getmir. Amma idarəetmə prinsipləri hamı üçün aşkar olmalıdır. Əməkdaşlar əgər dəyişikliklərin ədalətli yolla və vicdanla həyata keçiriləcəyinə inansalar, onda bu dəyişikliklərə daha ürəklə razılaşacaq.
5. Seçilmiş davranış tərzinə əməl edin
Sanki məktəb direktoru kimi tabeliyinizdə olan şəxslərə görə məsuliyyəti öz öhdənizə götürün. Onları inkişaf etdirin, sədaqətliliyi təşviq edin və qayğıkeş olun. Hər gün, bunu etməkdən yorulmayın.