Yanan ocağa belə yeni odun atmadıqda o gec və ya tez sönəcək. Təbiətin qanunu belədir. Zamanla istənilən əməkdaş da “sönməyə” başlayır. Bunun üçün bəzilərinə çox vaxt tələb olunduğu halda, bəziləri çox tez bir şəkildə bununla üzləşir. Bəs bunun qarşısını necə almaq olar?
Bu problemi həll etməmişdən əvvəl əməkdaşın nə işlə məşğul olduğunu aydınlaşdırmaq lazımdı. Əməkdaşın məşğul olduğu vəzifənin müxtəlifliyi kimi bu problemə yanaşmaq tərzi də müxtəlif ola bilər. İlk olaraq əməkdaş yeni işə yeni ideyalarla başladıqda yüksək motivasiyaya sahib olur. Yeni ideya daim yeni motivasiyadır. Zamanla tükənən ideyalarla əməkdaş da tükənir.
Əməkdaşların “tükənməsi” problemi bir çox biznes sahəsi üçün aktualdır. Burada yeni ideyanın reallaşdırılması qısa zaman ərzində baş tutur. Demək əməkdaşın tükənməsi də həmin sürətlə baş verir.
Əməkdaşlarınızı və biznesinizi bu bəladan qurtarmaq üçün isə marketinq və menecmentlə bağlı maraqlı və faydalı məlumatlardan istifadə edə bilərsiniz.