21 C
Baku
Saturday, May 4, 2024

Əməkhaqqı haqqında maraqlı faktlar

Yəqin ki, hamınız nə vaxtsa “təkcə əməkhaqqına yaşamaq” ifadəsini eşitmişiniz. Amma bu ifadə heç də həmişə bir mənalı qəbul olunmur. Bəziləri üçün vicdanla, stabil, az məbləğdə olsa belə qazanmaq daha düzgündür, onlar az qazansa da rahat yaşamağı üstün tutur. Amma bəziləri üçün təmiz yolla qazanılmış kiçik  məbləğlər qane edici deyil, ona görə də “əlavə” gəlir mənbələri axtarmaq lazım gəlir. İstənilən halda əməkhaqqı məsələsi həmişə birmənalı olmayaraq qalacaq, həm də bir növ fəlsəfi məna daşıyacaq. Ola bilsin ki, əməkhaqqı haqqında bu faktlar sizə öz aldığınız məvacib haqqında düşünməyə və ona başqa cür yanaşmağa kömək edəcək.

1. Bütün prezidentlər arasında ən yüksək əməkhaqqını Barak Obama alır – ay ərzində 33 min dollar. Onun arxasında isə Böyük Britaniyanın baş naziri və Alman kansleri gəlir – ayda 28 min dollar.

2. Ən kiçik əməkhaqqı isə adətən BMT-nin xoşməramlı səfirləri Elton Con, Stinq, Maykl Duqlas, Stiv Uander- məxsus olur – onların bu vəzifədə əməkhaqqıları ildə cəmi 1 dollar təşkil edir.

3. Əksər yapon firmaları evdən işləyə bilən əməkdaşlara daha çox əməkhaqqı ödəməyə hazırdırlar. Beləliklə bahalı ofis kirayələrinə və iş yeri təchizatı avadanlıqlarına qənaət etmiş olurlar.

4. Böyük Britaniyada indi qanunvericilik səviyyəsində əməkdaşlar öz həmkarlarının əməkhaqqılarını öyrənə bilərlər. İşəgötürənlərin hazırda öz əməkdaşlarının aldığı maaşı gizlətmək hüququna sahib deyillər. Bu qanunun mənfi təsirləri də ola bilər – söhbət müəssisədəki psixoloji iqlimin pisləşməsindən gedir.

5. İngiltərədə qadınlar kişilərdən 17% daha az əməkhaqqı alır, Azərbaycanda isə kişi və qadın əməkhaqqıları arasında fərq daha böyükdür, 26-50%.

6. Əgər siz rəhbərlikdən sizin əməkhaqqını artırmağı tələb etmək qərarına gəlmisinizsə, bunun üçün ən münasib vaxt – hər həftənin üçüncü günüdür. Psixoloqlar deyir ki, çərşənbə günləri 5 rəhbərdən 4-ü əməkhaqqı məsələlərini müzakirə etməyə daha loyal yanaşacaqdılar.

7. Bir çox Avropa təşkilatları və firmaları öz ofislərində işçilər üçün belə bir məzmunlu plakat asırlar: “Yadda saxlayın ki, əməkhaqqını siz müştərilərdən alacaqsınız!”

8. Apple kompaniyasının sahibi çox təvazökar bir əməkhaqqı alırdı – ildə 1 dollar. Düzdür, direktorlar heyəti hər il ona çox yaxşı miqdarda və sanballı məbləğdə 70 milyon dollar həcmində  mükafat ödəyirdi.

9. “Alisa möcüzələr ölkəsində” kitabının müəllifi kimi tanınan Lyuis Kerroll pullara qarşı heç zaman xəsislik hiss etməməşdir. Əksinə. Onun “Alisa möcüzələr ölkəsində” adlı kitabı həmin dövr üçün normal hesab ediləcək tiraj həcmi ilə buraxılmış kitabı ona gəlir gətirəndə o, rəhbərlikdən xahiş etmişdir ki, onun əməkhaqqısını azaltsın. Çünki qanorarlar ona artıqlaması ilə kifayət edirdi.

10. Honkonqda avtobus sürücüləri öz əməkhaqqılarını artırmaq üçün tətil edəndə, onlar rəhbərliyi hədələyirdilər ki, əgər bu baş verməzsə onlar avtobusları yol hərəkəti qaydalarını pozmadan idarə edəcəklər. Bunu öyrənəndə şəhər rəhbərliyi onların maaşını artırdı. Onlar qorxdular ki, avtomobillərin düzgün idarə edilməsi yollarda tıxaclar yaradacaq.

11. Heç də hamı bilmir ki, layiq olmadığı yüksək əməkhaqqılara görə peşələrin reytinqləri vardır. Bu reytinqdə ilk pilləni isə daşınmaz əmlak agentləri tutur. Belə ki, ekspertlərin fikrinə bu peşə sahibləri minimum iş görmələrinə baxmayaraq tarifləri daha çox artırılar (məsələn evi aldığı qiymətdən qat-qata baha sata və kirayəyə təqdim edirlər). Ticarətçilər(satıcılar) və stilistlər də reytinqin yüksək pillələrində yer alınıb.

12. Amerikan tədqiqatçıları müəyyən ediblər ki, insanın boyu ilə onun əməkhaqqısı arasında bir başa asılılıq vardır. Orta hesabla hər santimetr insanın əməkhaqqısını 300 dollar artırır. Alimlər bunu onunla izah edir ki, insanın boyunun hündürlüyü təhtəlşüurda həmin insana qarşı inam hissi oyadır. Hündür şəxslər rəhbərliyin etibarını və hörmətini daha taz qazanırlar.

13. Bir dəfə İtaliyada ayaqqabı istehsal edən firmanın işçiləri öz əməkhaqqılarının artımına nail olmaq istəyirlər. Lakin onlar formal tətil əvəzinə, öz əmək məhsuldarlığını kəskin artırmaq qərarına gəlirlər. Onlar əvvəlkindən iki dəfə çox işləyə başladılar və məsələnin kələyi bundadır ki, onlar bütün ayaqqabıları yalnız bir ayaq üçün hazırlayırdı.

14.Orta səviyyədə yaşayan alman üçün bir kiloqram çörək almaq üçün – 10 dəqiqi, 1 litr benzin üçün – 30 dəqiqə, soyuducu üçün – 30 saat və 20 dəqiqə, televizor üçün isə – 83 saat və 20 dəqiqə vaxt lazımdır.

15. Məşhur avtomobil istehsalı kompaniyasının yaradıcısı Henro Ford – öz müəssisənin 11 il iş fəaliyyətindən sonra 1 gündəcə özünün bütün əməkdaşlarının maaşını iki dəfə yüksəltdi. Bunu etməkdə yeganə məqsədi isə onların da özlərinə avtomobil ala bilməsi idi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər