10 C
Baku
Wednesday, December 11, 2024

“Əməkhaqqı, pensiya artırılıb. Amma bununla yanaşı qiymətlər də artıb”

“Dövlət başçısı islahatlar həyata keçirir, əməkhaqqı, əmək pensiyası artırılıb. Amma bununla yanaşı qiymətlər də artıb”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, ombudsman bu məsələni diqqətdə saxlamalıdır, süni qiymət artımının qarşısının alınmasında addımlar atılmalıdır.

T.Kərimli təqsirliliyin məhkəmədə müəyyən olunması məsələsinə də toxunub: “Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların olacağı barədə anons verib. Bu islahatların əsası təqsirliliyinin məhkəmədə müəyyən olunması ilə bağlıdır. Hər hansı sahə müvəkkili, orqan işçisi kabinetdə qarışqanı fil, fili qarışqa edə bilər. Bu məsələ məhkəmədə həll edilməlidir. Təqsirlilik yalnız məhkəmənin işidir. Məhkəmə müəyyən etməlidir ki, həmin şəxs təqsirlidir, ya yox”.

T.Kərimli Cavanşir, Şirvanşah I İbrahim, Hacı Çələbi kimi tanınmış şəxslərin adlarının əbədiləşdirilməsini təklif edib.

MənbəAzVision
Son xəbərlər
Digər xəbərlər