İşçinin vəzifələri:
- Müştərilər tərəfindən aparılmış hər hansı şübhəli əməliyyatların təhlil edilməsi
- Aparılan müştəri əməliyyatları üçün lazımi təsdiqedici sənədlərin sorğu vasitəsi ilə müştəridən tələb edilməsi
- İnternet və bankdaxili informasiya resurslarından istifadə etməklə müştəri və onun əməliyyatı haqqında məlumatların tam olaraq əldə edilməsi
- Müştəri və əməliyyatın təhlili nəticələri haqqında fikirlərin və qərarların hazırlanması
- Monitorinq və Bankın Compliance Risklərinin idarə edilməsi
- Azərbaycan Respublikası Qanunları çərçivəsində Bankın Compliance Risk İdarə edilməsi prosedurlarının tətbiq edilməsi
- Bankın struktur bölmələrində pozuntuların aşkar edilməsi (Compliance Risk çərçivəsində)
Vəzifəyə qəbul üçün kriterilər:
Təhsil: Ali (iqtisadi/hüquqi təhsil almış namizədlərə üstünülük verilir)
Bilik: Azərbaycan, Türk, Rus və İngilis dillərində sərbəst danışma
1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu
2. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU”
4. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
5. “Valyuta Tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu
6.Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında qaydalar
7. Azərbaycan Respublikasının bank sistemində xarici valyuta əməliyyatları üzrə uçot qaydaları
8. Azərbaycan Respublikasının bank sistemində qiymətli kağızlarla əməliyyatlar üzrə uçot qaydaları
9. Azərbaycan Respublikasında fəaliyyət göstərən Banklar arasında hesablaşmaların aparılması qaydaları
10. Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimat
11. PL\TMM normativ aktları biliyi
Bacarıq: MS Office və MS Excel proqramlarında işləyə bilmək bacarığı Yüksək kommunikasiya bacarıqları, sazişlərin bağlanması qabiliyyəti
İş Təcrübəsi:
· Bankın audit, risklərin idarə edilməsi sahəsində ən azı 2 il iş təcrübəsi
CV-lərinizi [email protected] mail ünvanına göndərməyinizi xahiş edirik. CV-ni göndərərkən mail-ın “subject” hissəsində müraciət etdiyiniz vakansiyanın adının göstərilməsini xahiş edirik. Qeyd etmək istərdik ki, açıq vakansiya üzrə verilmiş kriterilər, iş təcrübəsi və bacarıqları uyğun olan namizədlərlə əlaqə saxlanacaq.