AFB Bank Əməliyyat bölməsinin baş əməliyyatçısı vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Əməliyyat bölməsinin baş əməliyyatçısı
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
 - Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
 - Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
 - Sahəyə aid olan qayda və normativləri bilmək;
 - Ünsiyyət qurmaq bacarıqları;
 - Azərbaycan və Rus dillərini səlis danışmaq bacarığı, İngilis dili bilənlərə üstünlük verilir;
 - Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
 - Komandada işləmək bacarığı.
 
İŞİN TƏSVİRİ:
- Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
 - Müştərilər üçün hesablar açmaq, müqavilələr hazırlamaq;
 - Bank hesablarına nəzarət etmək və hesablar üzrə əməliyyatlar aparmaq;
 - Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq icrasını təşkil etmək;
 - Bankda mövcud olan pul köçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
 - Müştərilərə POS-Terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək.
 
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyat bölməsinin baş əməliyyatçısı” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
Ərizə qəbulu üçün son tarix – 6 mart 2018-ci il.


                                    





