Ümumi məlumat
Kapital Bank namizədləri Əməliyyat Departamentinin Əməliyyatların uçotu və nəzarət şöbəsinin Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Əməliyyatların Bank Əməliyyat Sistemində düzgün əks etdirilməsinə nəzarət etmək;
 - Bank əməliyyat sistemi və digər əməliyyat sistemlərinin rekonsilasiyası;
 - Filiallarda olan əməliyyat işçilərinin işinə funksional nəzarət etmək.
 
Tələblər
- İqtisadi və ya riyazi sahədə ali təhsil;
 - Məsuliyyətlilik və dəqiqlik;
 - Bank işi üzrə biliklər (ön və arxa ofis sahələri);
 - Analitik düşünmə qabiliyyəti və problem həlletmə bacarığı;
 - Fərdi və komanda şəklində işləmək bacarığı;
 - Bank sahəsində 2 illik iş təcrübəsi;
 - Azərbaycan dilini əla və Rus dilini yaxşı bilmək.
 
Resume üçün link: https://kapitalbank.az/career/Emeliyyat-Departamentinin-Emel-3?hl=az


                                    




