9 C
Baku
Friday, December 13, 2024

Əməliyyat üzrə mütəxəssis – Kapital Bank

Əməliyyat üzrə mütəxəssis (Ağstafa, Kürdəmir, Neftçala, Beyləqan, Goranboy, Ağcabədi, Tərtər, Yevlax, Ağdaş, İsmayıllı filialları)

Ümumi məlumat

Kapital Bank namizədləri  Ağstafa, Kürdəmir, Neftçala, Beyləqan, Goranboy, Ağcabədi, Tərtər, Yevlax, Ağdaş, İsmayıllı  filiallarının Xidmət bölməsində Əməliyyat üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

 

Öhdəliklər

  • Müştərilərə xidmət
  • Sürətli pul köçürmə əməliyyatlarının aparılması
  • Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışı
  • Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu
  • Ödəniş kartları üzrə əməliyyatların aparılması

Tələblər

  • Ali təhsil
  • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti
  • Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər
  • Gərgin iş qrafikində işləmək bacarığı
  • Əla ünsiyyət bacarıqları
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti

Ümumi məlumat

Kapital Bank namizədləri aşağıdakı filiallara Satış bölməsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Salyan, Neftçala, Saatlı, Sabirabad, İmişli, Şirvan, Beyləqan, Hacıqabul

Öhdəliklər

  • Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
  • Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
  • Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
  • Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
  • Vəzifə təlimatı çərçivəsində rəhbərliyin əmr və tapşırıqlarını yerinə yetirmək;

Tələblər

  • Ali iqtisadi və ya riyazi təhsil
  • Analitik düşüncə
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər
  • Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
  • Əla ünsiyyət bacarıqları
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti

CV-lərinizi müraciət etdiyiniz rayon/şəhəri və “Əməliyyat üzrə mütəxəssis” başlığını qeyd etməklə [email protected] e-poçtuna göndərin!

Nümunə: Ağdam – Əməliyyat üzrə mütəxəssis

 

 

Son xəbərlər
Digər xəbərlər