Əməliyyatçı – Bakı, Qaradağ və regionlar üzrə (Gəncə, Xaçmaz, Kürdəmir, Quba, Qusar, Şəmkir, Şəki)

Vəzifənin adı:  Əməliyyatçı – Bakı, Qaradağ  və regionlar üzrə (Gəncə, Xaçmaz, Kürdəmir, Quba, Qusar, Şəmkir, Şəki)

Əsas vəzifələr:

  • Qayda və təlimatlara uyğun olaraq müştərilərin müraciəti zamanı sualları cavablandırır, bankın məhsul və  xidmətləri haqqında ətraflı, dolğun məlumat verir;
  • Qanunvericiliyə uyğun olaraq, xidmət etdiyi fiziki şəxslərin hesablarının qalıqları və hesabları üzrə əməliyyatlar  barədə müvafiq orqanlara arayışlar hazırlayır ;
  • Öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatlar hazırlayır;
  • Əmanət hesabı, kommunal ödəniş, SPK, mobil ödənişləri və digər əməliyyatların aparılmasını həyata keçirir;
  • Vergi, məhkəmə, DSMF və digər icra orqanlarının qoymuş olduqları sərəcamların silinməsini yoxlayır;
  • Filialdaxili arxiv işinin aparılmasında iştirak edir;

Namizədə olan tələblər:

  • Ali təhsil (iqtisadiolması arzuolunandır)
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli, digər xarici dillər arzuolunandır;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, məxfilik və etibarlılıq kimi mütləq göstəricilərə malik olmalı;
  • Yüksək kommunikasiya,yazılı ünsiyyət qabiliyyəti və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
  • Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
  • Müştərilərin bütün suallarının cavablandırılması üçün kifayət qədər nəzəri və praktiki biliklərə sahib olmaq.
  • Bank fəaliyyətini tənzimləyən qanunvericiliyi bilməli;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti və analitik düşüncəyə malik olması;
  • Komandada işləmək bacarığı;

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyatçı) göstərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər