7 C
Baku
Thursday, December 12, 2024

Əməliyyatçı-xəzinədar – Sabirabad (DemirBank)

İŞÇININ VƏZIFƏSI:

– Sürətli pul köçürmələri üzrə əməliyyatların rəsmiləşdirilməsi, əməliyyatların beynəlxalq ödəniş sistemində icra olunması, iş gününün sonunda ödəniş sistemi üzrə əməliyyat günü üzrə yekun hesabatları hazırlamaq;
–  “Şimşək” pul köçürmələri üzrə əməliyyatları aparmaq və həyata keçirilən əməliyyatın sistemdə icrasını təmin etmək;
– Cari, əmanət(depozit) hesabı açılması zamanı müraciət edən müştəriyə tələb olunan sənədlərin siyahısını vermək, müştəridən hüquqi sənədlərin yoxlamaq və qəbul etmək;
– Hesablarında olan vəsaitin konvertasiya edilməsi üçün müştərilərdən sifarişləri qəbul etmək, yoxlamaq və icra etmək;
– Müştərilərə məlumat və məsləhət vermək, onlara bank məhsul və xidmətlərini reklam etmək;
– Müəyyən olunmuş limit çərçivəsində kassa məxaric sənədlərini imzalamaq, məxaricə icazə vermək;
– Müştəri hesabında olan vəsaiti konvertasiya etmək, müştəri tərəfindən tərtib olunan sərəncamların, inkasso tapşırıqlarının qəbulu, onların uçotu, balansdankənar hesablarda uçota alınması və vaxtında icrasını həyata keçirmək;
– Müştərilərə bank hesablarının açılmasını həyata keçirmək;
– Kredit və əmanət əməliyyatlarının tam  sənədləşməsini həyata keçirmək;
– Sərəncamların, inkasso tapşırıqlarının qəbuluna, onların uçotu, balansdankənar hesablarda uçota alınmasına və vaxtında icrasına nəzarət etmək;
– Müştərilərə çarpaz satışların təqdim etmək;
– Müştərilərin ödəniş əməliyyatlarının ilkin sənədlərə əsasən Bank ödəniş sistemində yığımı, bu sənədlərin Reyestrlə Baş nəzarətçiyə təqdim etmək;
– VİP müştərilər barədə Bankın qəbul etdiyi meyarlara uyğun gələn müştərilər haqqında filial müdirini  məlumatlandırmaq.

TƏLƏBLƏR:

– Ali və ya orta ixtisas təhsilli;
– Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
– Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dilini bilənlərə üstünlük verilir;
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
– Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
– Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 may 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sabirabad filialı əməliyyatçı-xəzinədar” göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər