9 C
Baku
Friday, December 13, 2024

Əməyin mühafizəsi mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis/Menecer – AccessBank

Əməyin mühafizəsi mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis/Menecer(1 Vakant yer. Namizədin təcrubə və biliklərinən asılı olaraq vəzifənin dərəcəsi təyin olunacaq)

Əsas vəzifələri

 Müəssisədə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi.
 Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət.
 İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayır və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq.
 İşəgötürənə və işçilərə əməyin mühafizəsi üzrə məsləhətlər vermək Əməyin mühafizəsi xidmətinin funksiyaları
 İşçilərin əməyin mühafizəsinə dair təlimatların işlənib hazırlanması və tətbiqi.
 Yeni işə qəbul olunmuş işçilərə əməyin mühafizəsinə dair giriş təlimatının keçirilməsi.
 İşçilərə əməyin mühafizəsinə, texniki təhlükəsizliyə dair növbəti və növbədən kənar təlimat keçmək.
 Təlimat jurnallarının imzalanmasına nəzarət.
 Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlamaq və razılaşdırmaq.
 Əməyin mühafizəsinə dair İllik Tədbirlər planının yerinə yetirilməsinə nəzarət.
 Əməyin mühafizəsi işçiləri üçün mütəmadi seminarların və treninqlərin keçirilməsini təşkil etmək.
 Əməyin mühafizəsi işçilərinin gündəlik işlərinə nəzarət.
 Əməyin mühafizəsi işçilərinin effektiv işinin qiymətləndirilməsi meyarlarının tərtib olunması.
 Əməyin mühafizəsi işçilərinə verilmiş tapşırıqların icrasına nəzarət.
 İşçilərin əməyin mühafizəsinə dair bilik səviyyəsinin yoxlama protokollarının hazırlanmasına nəzarət.
 Daxili qrafikə uyğun, baş ofisdə və filiallarda əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin vəziyyətini yoxlamaq.
 Tələb olunan peşə sahiblərinə tibbi müayinələrin təşkili və nəzarət.
 Obyektin tikilməsi, ventilyasiya, işıqlandırma, yanğın təhlükəsizliyi və sanitar-məişət şəraitinin yaradılması layihələrinə nəzarət etmək.
 İşçilərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə nəzarət etmək.
 Əməyin mühafizəsinə dair yazılı göstərişlər vermək və icrasına nəzarət etmək.
 İşçilərin, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi haqqında biliklərinin yoxlanması üzrə komissiyanın işinə nəzarət.
 İşçilərin şikayət və təkliflərinin qeydiyyatını aparmaq və tabe olduğu şəxsə təqdim etmək.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Son xəbərlər
Digər xəbərlər