12 C
Baku
Saturday, November 23, 2024

Əməyin ödənişi fondundan tutulmaların hesablanması

2021-ci ildən bütün ölkədə tətbiqinə başlanacaq icbari tibbi sığorta ilə əlaqədar əməkhaqqından tutulmaların sayı və məbləği artıb. Hüquqşünas Şəhriyar Həbilov yeni şərtlərlə işəgötürənlərin əməyin ödənişi fondundan ödəməli olduğu tutulmaların hesablanması qaydalarını nümunələrlə şərh edir.

hriyar Həbilov

2021-ci ildən əməyin ödənişi fondundan aşağıdakı tutulmalar olacaq:

– məcburi dövlət sosial sığorta haqqı;

– işsizlikdən sığorta haqqı;

– icbari tibbi sığorta haqqı.

İcbari tibbi sığorta üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:

– Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslər üzrə əməyin ödənişi fondundan işçinin əmək haqqının 8000 manatdan yuxarı hissənin 0,5 faizi, 8000 manatadək olan hissəsindən isə 2 faizi məbləğində;

– özəl sektorda çalışanların əməkhaqqı üzrə əməyin ödənişi fondundan 8000 manatadək hissənin 1 faizi, (2022-ci ildə 2%), 8000 manatdan yuxarı hissənin 0,5faizi məbləğində.

Göstərilənləri nəzərə alaraq 2021-ci il üzrə işçinin əməkhaqqına müvafiq qaydada işəgötürən tərəfindən əməyin ödənişi fondundan tutulmaların hesablanması qaydasını diqqətinizə çatdırırıq:

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

1.1) Əməkhaqqı minimum aylıq əməkhaqqına bərabər – 250 manat olanlar üçün nümunə:

a) məcburi dövlət sosial sığorta haqqı – minimum əməkhaqqının 200 manatlıq hissəsinə görə 22 faiz həcmində

250 x 22% = 44 manat;

200 manatdan yuxarı olan hissə üçün isə 15 faizi məbləğində

50 x15% = 7,5 manat;

Ümumilikdə məcburi dövlət sosial sığorta haqqı: 44+7,5=51,5 manat.

b) işsizlikdən sığorta haqqı – minimum əməkhaqqının 0,5 faizi həcmində

250 x 0,5% = 1,25 manat

d) icbari tibbi sığorta haqqı – 1 faiz

250 x 1% = 2,5 manat

Cəmi tutulma: 51,5+1,25+2,5=55,25 manat.

Beləliklə, işəgötürənin 250 manat əməkhaqqı alan şəxsə görə əməyin ödənilməsi fondundan tutulan məbləği 55,25 manat təşkil edir.

1.2) Əməkhaqqı 8000 manatdan çox olanlar üçün nümunə:

8100 manat əməkhaqqı üzrə hesablamalar belə olacaq:

a) məcburi dövlət sosial sığorta haqqı:

8100 – 200 = 7900 manat

200 x 22% = 44 manat

7900 x 15% = 1185 manat

b) işsizlikdən sığorta haqqı:

8100 x 0,5% = 40,5 manat

c) icbari tibbi sığorta haqqı:

8000 x 1% = 80 manat

100 x 0,5% = 0,5 manat

80 + 0,5 = 80,5 manat

Cəmi tutulma: 44+1185+40,5+80,5=1350

Beləliklə, işəgötürənin 8100 manat əməkhaqqı alan şəxsə görə əməyin ödənilməsi fondundan tutulan məbləği 1350 manat təşkil edir.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərə görə işəgötürənin ödənişləri belə hesablanacaq:

2.1) Əməkhaqqı 250 manat olanlar üçün nümunə:

a) məcburi dövlət sosial sığorta haqqı:

250 x 22% = 55 manat

b) işsizlikdən sığorta haqqı:

250 x 0,5% = 1,25 manat

c) icbari tibbi sığorta haqqı:

250 x 2% = 5 manat.

Cəmi tutulma: 55 + 1,25 + 5 = 61,25 manat.

Beləliklə, işəgötürənin işçinin əməkhaqqına görə əməyin ödənişi fondundan tutaraq ödəyəcəyi məbləğ 61,25 manat olacaq.

2.3) Əməkhaqqı 2500 manatdan çox olanlar üçün nümunə:

8100 manat əməkhaqqı alan işçiyə görə ödənişlər:

a) məcburi dövlət sosial sığorta haqqı:

8100 x 22% = 1782 manat

b) işsizlikdən sığorta haqqı:

8100 x 0,5% = 40,5 manat

c) icbari tibbi sığorta haqqı:

8000 x 2% = 160 manat

100 x 0,5% = 0,5 manat

160 + 0,5= 160,5 manat

Cəmi tutulma: 1782 + 40,5 + 160,5 = 1983

Beləliklə, işəgötürən işçinin 8100 manat əməkhaqqı üzrə əməyin ödənişi fondundan 1983 manat manatməbləğində sosial ödənişlər etməlidir.

Fərqanə Allahverdiqızı

Son xəbərlər
Digər xəbərlər