4 C
Baku
Friday, March 29, 2024

Əmanətçilərə 323,3 mln. manat kompensasiya ödənildi

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilmiş 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan “Report”a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 323,268 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 32,82 mln. manat, “Zaminbank” ASC – 50,853 mln. manat, “Kredobank” ASC – 17,977 mln. manat, “Dekabank” ASC – 2,849 mln. manat, “Atrabank” ASC – 13,869 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC – 1,846 mln. manat, “Bank of Azerbaijan” ASC – 24,091 mln. manat, “Gəncəbank” ASC – 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri 119,977 mln. manat, “Bank Standard” QSC-nin qorunan əmanətçiləri isə 58,012 mln. manat kompensasiya alıblar.

Son xəbərlər
Digər xəbərlər