9 C
Baku
Thursday, December 12, 2024

Əmanətlər üzrə kompensasiya məbləği 3 dəfə artırılıb

Əmanətlər üzrə kompensasiya məbləği 3 dəfə artırılıb.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Əmanətlərin sığortalanması haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, “Əmanətlərin tam sığortalanması” Qanununun müddəti bitəndən sonra əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği üç dəfədən çox artırılıb. Başqa sözlə, gələn il aprelin 5-dən fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manatadək artırılması təklif olunur. Həmçinin 20 min manatdan çox olmamaq şərti ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri ilə sığortalanacaq. O cümlədən notariusun depozit hesablarında qalmış fiziki şəxslərə məxsus vəsaitlər də tam məbləğdə sığortalanacaq.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər