5 C
Baku
Saturday, December 14, 2024

Əmanətləri onlayn artırmaq imkanı

418253_333113300072329_417496167_nDüşünürəm ki, kreditləri onlayn ödəmək imkanı çoxlarının işini asanlaşdırıb. Kassa və ya terminal qarşısında növbələrə saatlarla vaxt sərf etmək lazım gəlmir, həmçinin kassirlərin də laqeyd münasibəti qaldırmalı olmursan. Elə əməkhaqqı kartından istifadə edərək, pulu nağdlaşdırmağa gərək durmayıb, iş yerindən və ya evdən ayrılmadan ödənişləri edirsən.

Ümumiyyətlə internet çox sahələrdə proqress əldə etməyə imkan verir.  Kreditlərdən sonra səbirsizliklə gözləyirdim ki, banklarımız depozit hesablarının da onlayn idarəetmə imkanını yaradacaq. Düzdür, adətən müddətli klassik və ya standart əmanətləri onlayn idarə etmək lazım gəlmir. Müqavilə imzalandıqdan sonra yalnız əmanətin vədəsi bitdikdə onu götürmək üçün banka gəlirsən və sizin istəyinizdən asılı olaraq faizləri rüblük və ya aylıq əldə etmək istədikdə, hesablanmış faizlər plastik kartlara köçürülür. Amma əgər yığım əmanəti seçmisiniz və hər ay əmanət məbləğinin artırmaq istəyirsinizsə, onda ən azı ayda bir dəfə banka getməli olacaqsınız. Bu isə işləyən adamlara əlavə vaxt itkisi deməkdir. Çünki həqiqətən bəzən əlavə vaxt tapmaq çətin olur. Nəhayət gözlədiyim məhsulu təqdim edən Bank tapıldı. İlk olaraq belə bir xidmət  “Expressbank”-dan gəldi.

Onlayn depozit artımı

İndi “Onlayn depozit artımı“ sisteminin köməkliyi ilə Bankın “Mücrü” (yığım əmanəti məhsulu) tipli depoziti mövcud olan müştəriləri istənilən plastik kart vasitəsi ilə depozit hesabını artıra bilər. “Mücrü” depoziti müştərilərə depozit məbləğini istənilən zaman artırmaq imkanı yaradan məhsullardan birdir. Depoziti artırmaq üçün sadəcə www.expressbank.az  “link”-inə keçid almaq və “Online depozit artımı” düyməsini seçmək lazımdır. Açılmış pəncərədə “Müştəri ID” və “PIN-kod” sahələrini dolduraraq və “Daxil ol” düyməsi sıxmaq kifayətdir.

Bu xidmət Sizə hər ay banka gəlmək ehtiyac olmadan, elə öz əməkhaqqı və ya digər debet kartınız vasitəsi ilə yığım depozitinizi artırmaq imkanı verir. Təbii ki, pulu xərcləməyə başlamadan onu bir kartdan depozitə köçürmək, Sizin arzuladığınız məbləği daha tez yığmağınıza kömək olacaq. expressbankGəlin bankın sizə təqdim etdiyi “Mücrü” məhsulu ilə daha yaxından tanış olaq. Yığım əmanəti olduğu üçün, məbləği artırmaq imkanınız vardır.

•    Məbləğ: Əmanət açmaq üçün minimum məbləğ – 100 AZN/ USD/ EUR olmalıdır.

•    Müddət: Əmanət 12, 24 və 36 aylıq müddətə yerləşdirilə bilər.

•    Faizlər: Müştərinin istəyindən asılı olaraq, faizlər hər ayın sonunda və ya müddətin sonunda götürülə bilər. İllik 10% dərəcəsinə qədər və 30 000 manatadək yerləşdirilmiş əmanətlər Əmanətçilərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

Əsas üstünlükləri:

•    Çox kiçik məbləğlə, yəni 100 AZN-lə əmanət açmaq imkanı:

•    Hər ay banka gəlmədən əmanəti artırmaq imkanı

•    Faizləri ayın sonunda əldə etmək imkanı ( böyük məbləğlərdə daha çox sərf edə bilər)

•    Bankda əmanət yerləşdirən müştərilərə pulsuz VİSA  plastik kartları verilir.

Lakin –    əmanəti artırmaq istəkdə əlavə edəcəyinin məbləğ ən azı 50 AZN (və ya onun ekvivalenti) olmalıdır. (bəzi yığım əmanətləri məhsullarında məbləğ daha kiçikdir). –    Pulsuz Visa kart əldə etmək üçün yerləşdirəcəyiniz əmənətin məbləği 5000 manat olmalıdır. Bəzi banklarda belə bir məhdudiyyət yoxdur və məbləğ daha aşağıdır.

–    5 000 manatadək (və ya ona ekvivalent digər valyutada) əmanət yerləşdirən müştəriyə VİSA Electron və ya Maestro tipli kart hədiyyə edilir.

–    5 000 manatdan 30 000 manatadək (və ya ona ekvivalent digər valyutada) əmanət yerləşdirən müştəriyə VİSA Classic və ya MasterCard tipli kart hədiyyə edilir.

–    30 000 manatda 80 000 manatadək (və ya ona ekvivalent digər valyutada) əmanət yerləşdirən müştəriyə VİSA Gold və ya MasterCard Gold tipli kart hədiyyə edilir.

–    80 000 manatdan artıq (və ya ona ekvivalent digər valyutada) əmanət yerləşdirən müştəriyə VİSA Platinum və ya MaterCard Platinum tipli kart hədiyyə edilir.

Faiz dərəcəsi (illik)cedvel1

Son xəbərlər
Digər xəbərlər