1 C
Baku
Saturday, December 14, 2024

Əmanətlərin Sığortalanması Fondu “Ata Bank” və “CDB Bank” ilə bağlı açıqlama verdi

Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) 4 fevral 2015-ci il tarixdən üzv olan “Caspian Development Bank” (“CDB Bank”) ASC “Atabank” ASC-yə qoşularaq yenidən təşkil edildiyi üçün fonda üzv bankların reyestrindən çıxarılıb və ona verilən şəhadətnamə ləğv edilmişdir. Bu barədə Banker.az-a Fonddan məlumat daxil olub.

Məlumatda görə, bununla da fonda üzv bankların sayı 31 olub. “Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən iştirakçı banklar birləşmə və yaxud qoşulma şəklində yenidən təşkil olunduqda əmanətçinin varis banka keçmiş hər bir əmanətinə müqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.

Son xəbərlər
Digər xəbərlər