9 C
Baku
Friday, December 13, 2024

Əmanətlərin Sığortalanması Fondu Dünya Bankı ilə görüş keçirib

22 aprel 2022-ci il tarixində Əmanətlərin Sığortalanması Fondu Dünya Bankı ilə Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (FSAP) çərçivəsində rəsmi görüş keçirib.

Banker.az xəbər verir ki, 22 aprel tarixində Dünya Bankının nümayəndələri ilə Fond rəsmiləri arasında rəsmi görüş baş tutub.

Görüş zamanı, Dünya Bankı ilə Fondun fəaliyyət istiqamətləri və inkişaf perspektivləri haqqında ətraflı müzakirələr aparılıb.

Xatırladaq ki, Dünya Bankı Azərbaycanda FSAP çərçivəsində yer alan İnkişaf Moduluna rəhbərlik edir və bu modul maliyyə sabitliyi də daxil olmaqla maliyyə sektorunun səmərəliliyi və inkişafı ilə bağlı məsələləri əhatə edir.

 

Son xəbərlər
Digər xəbərlər