Əmanətlərin Sığortalanması Fondu ötən həftə Mərkəzi Bankdan 22 mln. manat həcmində vəsait cəlb edib. Bu barədə “APA-Economics”ə fondun icraçı direktoru Azad Cavadov bildirib.
Onun sözlərinə görə, bu rəqəm kompensasiyaların ödənilməsi üçün kifayətdir və kompensasiya ödənişi bitdikdən sonra bir neçə milyon manat da fondun hesabında qalacaq.
Qeyd edək ki, fond tərəfindən sığorta hadisəsi baş vermiş banklara 110 mln. manat kompensasiya ödənilib. Ödənilməli olan kompensasiyanın ümumi məbləği isə təxminən 148 milyon manatdır.