2 C
Baku
Saturday, December 14, 2024

Əmanətlərin Sığortalanması Fondu “NBC Bank” və “AG Bank”ın kreditorlarına növbəti dəfə müraciət edib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “NBC Bank” ASC və “AG Bank” ASC-nin kreditorlarına üçüncü dəfə müraciət edib.

ADIF-dən bildirilib ki, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 14 may tarixli qərarları ilə hər iki bank müflis elan edilib və iflas proseduruna başlanıb. Eyni qərarlarla Əmanətlərin Sığortalanması Fondu “NBC Bank”ın və “AG Bank”ın ləğvedicisi təyin edilib.

Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun tələbləri nəzərə alınmaqla müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidir:

– kreditorun adı və ünvanı

– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri

– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Ləğv prosesində olan “NBC Bank” və “AG Bank”ın kreditorlardan kreditor tələbinin qeydiyyata alınması üçün qeyd edilən ünvana müraciət etmələri xahiş olunur.

Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 932

Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 135

Kreditor tələblərinin qeydiyyatı iyulun 15-dək aparılacaq.

Qeyd edək ki, qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların iyunun 16-dan ödənilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər