8 C
Baku
Monday, November 18, 2024

Əmanətlərin Sığortalanması Fondu Türkiyədən nümayəndə heyətini qəbul edib

®Əsas fəaliyyət istiqamətlərindən biri ölkədə əmanətlərin sığortalanması mexanizminin beynəlxalq standartlara uyğunlaşdırılması, qlobal təcrübənin öyrənilməsi, digər ölkələrin analoji qurumları ilə əməkdaşlığın genişləndirilməsi olan Əmanətlərin Sığortalanması Fondu sentyabr ayının 26-da Türkiyədən olan nümayəndə heyətini Fondun inzibati  binasında qəbul etmişdir.

Fond rəhbərliyinin, eyni zamanda ƏSF-nin İnformasiya texnologiyaları və təhlükəsizlik, Risklərin idarə edilməsi, təhlil və investisiya, Hüquq və Ümumi işlər departamentlərinin əməkdaşlarının iştirakı ilə keçirilən iki günlük görüşdə qardaş ölkənin nümayəndə heyəti Fondun tələblərini qarşılayacaq elektron sistemlərin təqdimatını nümayiş etdirmişdir. Görüş zamanı “Biznes Proseslərinin İdarə Edilməsi” (BPM), “Sığortalanmış Əmanət”, “Hüquqi İzləmə”, “Elektron Arxiv” tətbiqləri və İntranet şəbəkəsinin təqdimatı baş tutmuşdur.

Tədbir zamanı diqqətə çatdırılmışdır ki, Əmanətlərin Sığortalanması Fondu son illər informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində mühüm tərəqqiyə nail olmuş, eləcə də dünyada və ölkədə gündəmdə olan müasir elektron proqramlar haqqında yeni təcrübələr və biliklərə sahiblənmişdir. Nümayəndə heyətinin üzvləri bu sahədə aparılmış işləri yüksək qiymətləndirmiş və Fondun İKT üzrə gələcək inkişaf perspektivləri haqqında məlumatlandırılmışlar.

Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondu digər beynəlxalq tərəfdaşlarla, ələlxüsus Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonu (TMSF) ilə sıx əməkdaşlıq edir. Belə ki, 9 may 2022-ci il tarixində ƏSF-nin icraçı direktoru Tural Piriyev və TMSF-nin idarə heyətinin sədri Fatin Rüştü Karakaş arasında Türkiyənin İstanbul şəhərində Anlaşma Memorandumu imzalanmışdır. Bununla yanaşı Fondun müvafiq əməkdaşları üçün 9-12 may tarixlərdə Türkiyədə TMSF-nin ixtisaslı kadrları tərəfindən təlimlər təşkil edilmişdir.

asdcSDVa

Son xəbərlər
Digər xəbərlər