Vüqar Abdullayevin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilməsinə dair Azərbaycan Prezidenti sərəncam imzalayıb.
Vüqar Rafik oğlu Abdullayev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilib.
Sərəncam da deyilir ki, İcraçı direktoru təyin olunana qədər həmin vəzifənin icrası Vüqar Rafik oğlu Abdullayevə həvalə edilir.
Qeyd edək ki, bundan əvvəl İcraçı direktor postuna Azad Cavadov rəhbərlik edirdi.