13 C
Baku
Friday, November 22, 2024

Əmanətlərin Sığortalanması Fondunda 20 mln. manat vəsait var

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) sığorta ehtiyatları 2016-cı il iyunun 1-nə təxminən 20 mln. manat təşkil edib. Bunu açıqlamasında Fondun icraçı direktoru Azad Cavadov bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum öz imkanları və bu ilin mart ayında Azərbaycan Mərkəzi Bankından cəlb etdiyi 22 mln. manat vəsait hesabına sığorta hadisəsi baş vermiş 3 bankın (“Bank of Azerbaijan”, “Gəncəbank”, “Texnikabank”) qorunan əmanətçilərinə kompensasiya ödənişini başa çatdırmağı planlaşdırır: “Daha borc almağımıza ehtiyac yoxdur”.

Xatırladaq ki, ADİF-in mayın 23-də açıqladığı məlumata görə, adı çəkilən bankların əmanətçilərinə ümumilikdə 143,074 mln. manat kompensasiya ödənilib. Bu, ödənilməli olan məbləğin 96,45%-dir.

Report

Son xəbərlər
Digər xəbərlər