12 C
Baku
Wednesday, December 11, 2024

Əmanətlərin Sığortalanması Fondunda 40 milyon manat qalıb

Lisenziyaları ləğv olunan “Bank of Azerbaijan”, “Gəncəbank” və “Texnikabank”ın əmanətçilərinə bu günədək ümumilikdə 93 mln. manat vəsait ödənilib.

Bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Fondun hələ müəyyən qədər vəsaiti var və əlavə vəsait cəlb etməyə ehtiyac yoxdur: “Adıçəkilən üç banka ödənilməli olan kompensasiyanın ümumi məbləği təxminən 148 milyon manatdır. Hal-hazırda Fondun 40 milyon manat vəsaiti qalıb. Vəsaitimiz var, buna görə də Mərkəzi Bankdan əlavə vəsait götürməyə ehtiyac yoxdur. Kompensasiyaların ödənilməsi üçün gündəlik olaraq 3-4 milyon manat sərf olunur”.

A. Cavadov əlavə edib ki, zərurət yarandığı halda, Fond Mərkəzi Bankdan 20 mln. manat cəlb edə bilər.

APA-Economics

Son xəbərlər
Digər xəbərlər