9 C
Baku
Monday, November 18, 2024

Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalı fəaliyyətə başladı

Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların balansındakı birbaşa satışı nəzərdə tutulan daşınar əmlakların satışını sürətli şəkildə təmin etmək məqsədilə ərsəyə gətirilən Elektron Auksion Portalı artıq vətəndaşların istifadəsinə verilib.

Portaldan istənilən fiziki və hüquqi şəxslər müvafiq qaydalara uyğun olaraq qeydiyyatdan keçərək istifadə edə bilərlər. Qeydiyyatdan keçmiş hər bir şəxs auksionda iştirak etməklə və ya auksiona qatılmadan məhsul üçün təyin olunmuş məbləği dərhal ödəməklə seçilmiş əmlakı əldə edə bilər. Elektron auksionda iştirakın şərtləri və qaydaları platformada hər bir şəxsə aydın olacaq formada yerləşdirilib.

Qeyd edək ki, hərrac üçün nəzərdə tutulmuş yeni platformada müxtəlif kateqoriyalar üzrə məhsulları əldə etmək mümkündür. Bu kateqoriyalara bank avadanlıqları, mebel, məişət texnikası, İT və ofis avadanlıqları kimi məhsullar daxildir. 

 

 

Son xəbərlər
Digər xəbərlər