20 dekabr 2022-ci il tarixində saat 10:00-da hərraca çıxarılacaq Əmanətlərin Sığortalanması Fonduna məxsus nəqliyyat vasitəsinin açıq hərracda satışı olacaq.
Banker.az xəbər verir ki, hərracda Fonda məxsus Toyota Camry minik avtomobili satışa çıxarılır.
Hərrac addımı – ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır.
Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 5 gün qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər :
Hərracda iştirak etmək istəyən şəxsin və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş) ərizə və ərizəyə aşağıdakı sənədlər əlavə edilir;
göstərilmiş bank hesabına behin və iştirak haqqının köçürüldüyünü təsdiq edən sənəd;
fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti.
S/N | Balanssaxlayıcı müəssisənin adı | Nəqliyyat vasitəsinin markası | Dövlət nömrə nişanı | Buraxılış ili | Start qiyməti | Ödəniləcək 10% beh (manatla) | İştirak haqqı (manatla) | |
1 | Əmanətlərin Sığortalanması Fondu | Toyota Camry minik | 10PJ319 | 2007 | 13000 | 1300 | 130 |