13 C
Baku
Saturday, April 27, 2024

Əmanətlərin Sığortalanması Fondunun rəhbəri cərimələndi

Binəqədi Rayon Məhkəməsi Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru vəzifəsini icra edən Vüqar Abdullayevin inzibati cərimə edilməsi barədə qərar çıxarıb.

Banker.az “Report” agentliyinə istinadən xəbər verir ki, icra məmurunun tələbini yerinə yetirməməyə görə, V.Abdullayevə 2000 manat cərimə yazılıb.

Məhkəmə V.Abdullayevi İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi) maddəsi ilə təqsirli bilib.

Məhkəmə işi ilə bağlı əlavə detallar açıqlanmır.

Binəqədi Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Əmanətlərin Sığortalanması Fondu 2007-ci ildə yaradılıb. Fondun İcraçı direktorunun müavini Vüqar Abdullayev icraçı direktor vəzifəsini icra edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər