Mayın 10-da Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev, icraçı direktorun müavini Akşın Cahangirov və ƏSF-nin struktur bölmə rəhbərləri müstəqil dövlətimizin qurucusu, çağdaş Azərbaycanın memarı, XX əsrin ən görkəmli tarixi şəxsiyyətlərindən və siyasi xadimlərindən biri olan ümummilli lider Heydər Əliyevin 99-illik yubileyi münasibətilə Fəxri xiyabanda onun məzarını ziyarət etmişlər. T. Piriyev və Fond rəsmiləri ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri düzmüşlər.
Daha sonra, ƏSF-nin kollektivi Fəxri xiyabanda görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət etmiş, məzarı üzərinə çiçəklər düzmüşlər.