12 C
Baku
Wednesday, December 11, 2024

Əmanətlərin sığortalanması sistemində aparılan islahatlar müzakirə olunub

Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev Dünya Bankının nümayəndə heyəti ilə əmanətlərin sığortalanması sistemində aparılan islahatları müzakirə edib.

ADIF-ın mətbuat xidmətindən Banker.az-a bildiriblər ki, Əmanətlərin Sığortalanması Fondunda Dünya Bankının Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin ikinci fazası çərçivəsində Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

Vüqar Abdullayevin Dünya Bankının maliyyə sektoru üzrə baş mütəxəssisi Anjela Priqojina ilə görüşündə layihənin icrası və görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Əsas diqqət əmanətlərin sığortalanması sistemində son dövrdə aparılan islahatlar, ləğvetmə prosesinin daha effektiv, şəffaf və sürətli keçirilməsi istiqamətində atılan addımlara yönəlib.

Görüşdə Əmanətlərin Sığortalanması Fondunun Dünya Bankı ilə əməkdaşlığının yeni istiqamətlər üzrə genişləndirilməsi müzakirə olunub.

Son xəbərlər
Digər xəbərlər