22 C
Baku
Friday, April 26, 2024

Prezidentə banklarla bağlı xahiş ünvalandı: müddət uzadılsın, kapitallaşma ilə bağlı problem yarana bilər

“Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti artırılmalıdır”.

Bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Vahid Əhmədov çıxış edib.

Onun sözlərinə görə, hazırda qüvvədə olan qanun gələn ilin mart ayıında qüvvədən düşəcək: “Bu qanun əmanətlərin 3 il müddətində tam sığortalanmanı nəzərdə tuturdu ki, bu müddət də gələn ilin martında yekunlaşır. Xahiş edirəm ki, ölkə prezident sənədin müddətini uzatsın. Çünki bank sektorunda vəziyyət ağırdır. Müddətin uzadılmaması əhalinin banklardan əmanətlərini geri çəkməsi ilə nəticələnə, banklarda kapitallaşma ilə bağlı problemlər yarada bilər. Onsuz da ağır vəziyyətdə olan bank sektorunda vəziyyət daha da ağırlaşa bilər”.

Qeyd edək ki, bu məlumat ilk olaraq Report-da yayımlanıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər