15 C
Baku
Saturday, April 20, 2024

Əmanətlərin tam sığortalanmasının müddəti bitir – vəziyyət nə yerdədir?

Azərbaycanda hökumət kommersiya banklarının bağlanması zamanı əhalinin banklardakı əmənətlərinin “batması” riskini göz önünə almaqla 2016-cı ildən “Əmanətlərin tam sığrotalanması haqqında” qanununu qüvvəyə mindirdilər.  Bunun da əsas məqsədi bazarda insanların bank sektoruna olan inamın itməməsi, depozitlərini bankda rahatca yerləşdirməsi və ya maliyyə təşvişindən qorunması hədəf qoyulmuşdu. Bu qanunun müddəti 4 ili əhatə edirdi ki, bu da car ilin 4 martında bitirdi. Həmin tarixdə Azərbaycanın yeni heyətdən ibarət Milli Məclisi bu müddətin daha 9 ay uzadılması qərara alındı.

Qanunun qüvvədə olma müddəti 4 dekabr tarixində başa çatır. Bununla bağlı qanun layihəsini təqdimetmə səlahiyyətində olan Azərbaycanın Milli Məclisi artıq qüvvənin bitməsinə bir həftədən az müddət qalmasına rəğmən, gündəliyinə bu məsələni daxil etməyib. Ölkədə hazırkı makroiqtisadi vəziyyət və maliyyə bazarında hələ də bankların maliyyə vəziyyəti ilə bağlı (bəzilərində) o qədər də ürək açan deyil, bəzi risklər də hələ də mövcuddur. Məsələn, “Fitch” hesab edir ki, Azərbaycanda bank sektorunun vaxtı keçmiş kreditlərinin cəmidə payı 11%-i keçəcək. Belə olduğu halda ölkədə bəzi banklar var ki, maliyyə vəziyyəti o qədər də ürəkaçan deyil. Bu fonda əmanətçilərin narahatlığı başa düşüləndir.

Bəs real vəziyyət necədir?

Banker.az xəbər verir ki, bunu şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov şərh deyir ki, Mərkəzi Bankın verdiyi məlumatlardan aydın olur ki, cari ilin ötən dövründə əmanətlərin həcmi 9% azalıb və hazırda 7 milyard 870 milyon əmanət vardır.

Ekspert bunun əsas səbəblərdən biri bağlanan 4 bankı əmanətlərinin geri qaytarılması səbəbindən baş verdiyini düşünür.

“Lakin, bu qaytarılan əmanətlər təkrar bank sektoruna geri qayıtmadı. Bundan başqa müəyyən sosial qruplar isə əmanətlərini gəlirlərinin azalması, risklərin artması və s. bu kimi səbəblərdən geri götürüb” deyə, ekspert əlavə edir.

Bəs əmanət bazarı üçün çağırışlar necədir?

Ekspertin fiklərini bir neçə məsələyə diqqət çəkməklə bildirir:

  1. Pandemiya əhalinin gəlirlərinə, o cümlədən yığım imkanlarına ciddi mənfi təsir göstərib. Başqa sözlə iqtisadiyyatda passiv vəsaitlərin həcmi əhəmiyyətli səviyyədə azalıb və əmanət bazarında rəqabət daha da artacaqdır.
  2. Post-pandemiya və post-müharibə dövründə maliyyə vəsaitlərinə tələbat kəskin artacaq ki, bu zaman bankların prosesdə daha aktiv iştirakının təmin edilməsi zərurəti yaranır. Dolayısı ilə passiv yığımların iqtisadiyyata cəlb edilməsi alətlərindən biri olaraq əmanət mexanizminin güvənliyi daha da artırılmalı, ən pis halda sabit saxlanmalıdır.
  3. Neftin qiymətində pessimist dinamika və dövlət büdcəsinin xərclərinin gözlənilən kəskin artırmı (devalvasiya səbəbindən, bu haqda daha geniş yazamaq fikrim var) məzənnə siyasətində yumşalma zərurətini daha da artırıb. Ola bilsin ki, hökumət büdcə kəsirinin müəyyən bir qisminin kompensasiyası məqsədi ilə növbəti ilin əvvəlində devalvasiya qərarı qəbul etsin. Təbii ki, bütün bunlar mövcud əmanətçiləri və potensial əmanətçiləri narahat edir. Ne etmək olar?
  4. Daha yaxşı olar ki, müəyyən korrektələrlə əmanətlərin tam sığortalanması mexanizminin müddəti artırılsın.

– sığorta haqları bankın risk səviyyəsindən asılı olaraq diferensial əsaslarla müəyyən edilsin. Beləliklə Sığorta Fondunun formalaşmasında ədalətlilik prinsipi təyin edilsin.

– xarici valyutada əmanət qəbulu faizləri qismən artırılsın və vətəndaşların devalvasiya riskləri səbəbindən kənarda saxladıqları vəsaitlərin bir qismi maliyyə bazarlarına cəlb edilisin.

5. Tam sığrotalanma mexanizmindən imtina edilərsə o zaman “Əmanətlərin Sığrotalanması Haqqında” 2006-cı il tarixli qanuna dəyişiklər edilməlidir. Beləliklə bankların adekvatlıq əmsalı, likvidlik əmsalı, məcmu kapitalının həcmi, kredit reytinqi, toksit aktivlərin həcmi, istehlak kreditlərinin cəmi portfelə nisbəti kimi indikatorlar nəzərə alınmaqla risk əsaslı sığorta mexanizminə keçilməli. Bu zaman sığortalanan əmanətin yuxarı həddi (sabit 30 min manat limiti ləğv edilməli və diferensial olmaq şərti ilə maksimum limit 100 min manatadək artırılmalıdır), faiz dərəcəsi, sığorta yığımlarının məbləği kimi bütün tələblər diferensial əsaslarla müəyyən edilməldir. Yəni, risk səviyyəsi yuxarı olan Banklar üçün bir əmanət müqaviləsi üzrə yuxarı əmanət məbləği və əmanət faizi daha az lakin, sığorta yığımı üzrə tarif isə daha çox müəyyən edilməldir. Bundan başqa qanunla bankların cəmi əmanət cəlb etmə limiti anlayışı müəyyən edilsin. Mərkəzi Bank tərəfindən bankların rüblük maliyyə göstəriciləri əsasında növbəti rübdə cəlb edə biləcəyi maksimum əmanət limiti müəyyən edilisin.

Sadalanan dəyişiklər əmanətlərin sığortalanması mexanizminin risk səviyyəsini, o cümlədən bankların qeyri-qanuni fəaliyyət cəhdlərini azalda, əmanətçilərin isə güvənini artırmasına səbəb olmaqla passiv vəsaitlərin həm iqtisadiyyatın maliyyə əlaçatanlığının artırılması və həmçinin Qarabağın bərpası xərclərinin maliyyə mənbələrinin formalaşdırılmasında aktiv iştirakına səbəb ola bilər.

Son xəbərlər
Digər xəbərlər