5 C
Baku
Monday, December 23, 2024

“Əmanətli ipoteka krediti” nədir və hansı üstünlükləri var?

Azərbaycan Beynəlxalq Bankı yeni “Əmanətli ipoteka krediti” məhsulunu təqdim edib, hansı ki, siz artıq əmanət gəlirlərinizlə mənzil sahibi ola bilərsiniz. Banker.az bu dəfə yeni əmanət məhsulunu araşdırıb.

İlk olaraq, qısa məlumat verək ki, 3 ilədək müddətə bu bankda əmanətinizi yerləşdirməklə, sonda hesablanmış faizlərlə birgə ipoteka kreditinin ilkin ödənişini etmiş olursunuz. Bu məhsuldan Azərbaycan Beynəlxalq Bankı və ya digər banklardan əmək haqqı alan 18-60 yaş arası bütün Azərbaycan Respublikası vətəndaşları yararlana bilər.

“Əmanətli ipoteka krediti” məhsulu iki mərhələdən ibarətdir. İlkin mərhələ olaraq siz, əmanətinizi Azərbaycan Beynəlxalq Bankına yerləşdirirsiniz, daha sonra isə yığılan faizlərlə birgə əmanətiniz ilkin ödəniş olaraq hesablanır. Müddətə görə faizlər isə belə olur: 1 il müddətinə faiz dərəcəsi 7.5%, 2 il müddətinə faiz dərəcəsi 8%, 3 il müddətinə isə 8%.  Faizlərin ödənilməsi müddətin sonunda olur.

Əmanətli ipoteka krediti nədir?

Əmanətli ipoteka krediti vasitəsilə müştərilər Azərbaycan Beynəlxalq Bankının daxili vəsaiti hesabına güzəştli şərtlərlə mənzil almaq imkanı əldə edəcəklər. 3 ilədək müddətə Banka yerləşdirilən əmanət, müddətin sonunda hesablanmış faizlərlə birgə kreditin ilkin ödənişi hesab olunacaq.

Məhsulun hansı üstünlükləri var?

Azərbaycan Beynəlxalq bankına yüksək gəlirlə yığım imkanı olan əmanət yerləşdirə biləcəksiniz. Yerləşdirdiyiniz əmanət alacağınız mənzilin ilkin ödənişi hesab olunacaq. Eyni zamanda, güzəştli şərtlərlə ipoteka krediti əldə etmək imkanı qazanacaqsınız.

Məhsuldan kimlər faydalana bilər?

Yaşı 18 – 60 arasında olan, rəsmi əmək haqqı alan Azərbaycan Respublikasının vətəndaşları bu məhsuldan faydalana bilərlər.

Məhsulu necə əldə etmək olar?

Məhsuldan istifadə prosesi 2 mərhələdən ibarətdir. İlkin mərhələdə əmanət yerləşdirilir. İkinci mərhələdə müddətin sonunda hesablanmış əmanət məbləği alınacaq mənzilin ilkin ödənişinə yönləndirilir və bankın daxili vəsaiti hesabına ipoteka krediti rəsmiləşdirilir.

Əmanət məbləğinə və müddətinə limitlər varmı?

Əmanət aylıq yığım əsasları ilə minimal 300 AZN, maksimal 5000 AZN olmaqla 1, 2 və ya 3 il müddətinə yerləşdirilə bilər.

Aylıq yığım məbləğinin dəyişdirilməsi mümkündürmü?

Əmanətin aylıq yığım məbləği, əmanətin yerləşdirildiyi vaxt müştəri tərəfindən müəyyən olunur, müddətin sonunadək artırıla və azaldıla bilməz.

Əmanətin vaxtından əvvəl götürülməsi mümkündür?

Əmanət vaxtından əvvəl götürülərsə, faizlər hesablanmır.

Aylıq yığım məbləğinin ödənişində gecikmə olarsa nə baş verir?

İl ərzində 1 dəfədən çox olmamaq şərtilə yığım məbləğinin ödənişində gecikməyə icazə verilir.

Aylıq yığıma təyin olunmuş məbləğdən az və ya artıq ödəniş olarsa?

Yığım ödənişinə təyin olunmuş məbləğdən az ödəniş olarsa, həmin məbləğ üçün faizlər hesablanmır. Yığım ödənişinə artıq ödəniş olarsa, təyin edilmiş məbləğ əmanət hesabına yönləndirilir və artıq vəsait müştərinin cari hesabında saxlanılır.

Müddətin sonundakı əmanət məbləği mənzilin ilkin ödənişindən az və ya çox olarsa vəziyyət necə tənzimlənir?

Əmanət məbləği ilkin ödənişdən az olarsa, müştəri həmin fərqi öz vəsaiti hesabına əlavə ödəniş etməklə bağlaya bilər. Əmanət məbləği ilkin ödənişdən çox olarsa, artıq vəsait müştərinin istəyi əsasında özünə qaytarıla bilər.

Kredit məbləğinə və müddətinə limitlər varmı?

Kredit maksimal 300.000 AZN olmaqla 1 ildən 20 ilədək müddətə götürülə bilər.

Komisyon haqq tətbiq edilirmi?

Xeyr, kreditə komisyon haqqı tətbiq olunmur.

Kreditin aylıq ödənişinə dair tələblər necədir?

Kreditin aylıq ödənişi anuitet əsaslarla müəyyənləşərək, əmanətin aylıq yığım məbləğinin 120%-dən çox olmamalıdır.

Zaminlik və ya girov tələbləri varmı?

Zaminlik tələbi yoxdur. Alınacaq mənzil kreditin girov təminatı hesab olunacaq.

Alınacaq mənzilə dair hansı tələblər var?

Mənzil fərdi yaşayış sahəsi olmaqla Bakı, Abşeron, Sumqayıt şəhərləri ərazisində yerləşməlidir.

Tələb olunan sənədlər hansılardır?

Şəxsiyyət vəsiqəsi, Rəsmi əmək haqqını təsdiq edən sənəd.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər