1 C
Baku
Saturday, December 14, 2024

ƏMDK və Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlığa başlayıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) və Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Sənəd bu gün Bakıda ƏMDK sədri Kərəm Həsənov və kənd təsərrüfatı naziri İnam Kərimov tərəfindən imzalanıb.

Memoranduma əsasən tərəflər arasında fəaliyyət sahələri üzrə mövcud məlumat bazalarına birbaşa elektron çıxış təmin ediləcək, vahid dövlət kadastrı sisteminə inteqrasiya olunacaq və bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsi təmin ediləcək.

Həmçinin tərəflər torpaqlardan istifadədə səmərəliliyin artırılması üçün birgə layihələr həyata keçirəcəklər.

Son xəbərlər
Digər xəbərlər