10 C
Baku
Thursday, December 12, 2024

Əmlak idarəçiliyi sahəsində elektron xidmətlərdən istifadə 30% artıb

2021-ci ilin eyni dövrü ilə müqayisədə əmlak idarəçiliyi sahəsində elektron xidmətlərdən istifadə sayı 211 929  və ya 30.4% artaraq 908 779-a çatıb.

Bu barədə Banker.az-a Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Dövlət Xidmətindən bildirilir ki, istifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, 2022-ci ilin ilk yarımilliyi ərzində daşınmaz əmlakın qeydiyyatı üzrə elektron xidmətlərdən istifadə sayı 77 787 olub. Ən çox istifadə olunan elektron xidmət isə “Elektron çıxarışın yoxlanması”dır. Bu xidmətdən istifadə sayı 712 440-dır.

Vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışı (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər. Cari ilin yanvar-iyun ayları ərzində bu imkandan yararlananların sayı 100 861 olub.

İyunun 16-dan daşınmaz əmlakın qeydiyyatı sahəsində fəaliyyətə başlayan İpoteka Kağızının Elektron Sistemindən istifadə sayı 895 olub. Qeyd edək ki, sistem daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının ipoteka qoyanlar tərəfindən tərtib edilməsi, həmin kağızın ipoteka saxlayanların adına qeydiyyata alınması, habelə ipoteka kağızına xitam verilməsi ilə bağlı müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir.

 

Son xəbərlər
Digər xəbərlər