11 C
Baku
Saturday, November 16, 2024

Əmlak Komitəsi son hərracın nəticələri açıqladı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, hərraca çıxarılmış kiçik dövlət müəssisələri və obyektləri həm Bakı, həm regionlarda, qeyri-yaşayış sahələrinin əksəriyyəti isə paytaxt rayonlarında yerləşir. Paytaxtda yerləşən obyektlər sırasında 86.4 kv.m. torpaq sahəsi və 66.8 kv.m. ümumi faydalı sahəsi olan bir mərtəbəli ayrı tikili, Nərimanov rayonundakı 29.5 kv.m., 84 kv.m. və 75 kv.m. sahəyə malik qeyri-yaşayış obyektləri var.

Hərracda Nərimanov və Binəqədi rayonlarında yerləşən qeyri-yaşayış obyektləri özəlləşdirilib. Belə əmlaklar sırasında ən yüksək qiymətə özəlləşdirilmiş əmlak Nərimanov rayonundakı 5 mərtəbəli binanın qeyri-yaşayış sahəsi olub.

Hərrac zamanı qalib olmuş şəxslər hərrac protokolunu imzalayıb. Xatırladaq ki, hərracda özəlləşdirilmiş əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədin alınması da hazırda tez və rahat şəkildə həllini tapır. Belə ki, həmin əmlaklara dair qısa müddətdə hazır çıxarışlar təqdim olunur.

Son xəbərlər
Digər xəbərlər