18 C
Baku
Friday, October 18, 2024

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac keçirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 01 dekabr tarixində təşkil olunub. Hərracda 4 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 2-si kiçik dövlət müəssisəsi, 2-si isə nəqliyyat vasitəsidir.

İqtisadiyyat Nazirliyindən “Banker.az”a verilən məlumata görə hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Hacıqabul və Yevlax şəhərlərində yerləşir.

Qeyd edək ki, keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

Son xəbərlər
Digər xəbərlər