13 C
Baku
Saturday, November 23, 2024

Əmlak və torpaq vergisindən dövlət büdcəsinə daxilolmalar artdı

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinə 139.4 milyon manat əmlak vergisi, 28.2 milyon manat torpaq vergisi daxil olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 5.3% və 13.3% çoxdur.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

DSK-dan bildirilir ki, hesabat dövründə dövlət büdcəsinin gəlirlərinin 0.78%-ini əmlak, 0.16%-ini torpaq vergisi təşkil edib. ÜDM-də əmlak vergisinin payı 0.22%, torpaq vergisinin payı isə 0.04% olub.

Ötən ilin yanvar-sentyabr aylarında isə dövlət büdcəsinin gəlirlərinin 0.73%-ini əmlak, 0.14%-ini torpaq vergisi təşkil edib və ÜDM-də müvafiq olaraq  0.254% və 0.048% paya sahib olublar.

Son xəbərlər
Digər xəbərlər