8 C
Baku
Thursday, December 12, 2024

Əmlak Xidmətləri Məkanı xüsusi iş rejimində fəaliyyət göstərəcək

Koronavirus pandemiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 13 mart 2020-ci il tarixli məlumatı, habelə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi nəzərə alınaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanının fəaliyyəti martın 20-nə qədər məhdudlaşdırılır.

Bu barədə Komitədən bildirilib.

Məlumata görə, vətəndaşlar Komitənin “Elektron xidmətlər portalı”ndan yararlana, əlavə suallarla bağlı 193 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

“Əmlak Məsələləri Dövlət Komitəsi həmçinin, vətəndaşların sağlamlığı və təhlükəsizliyi səbəbi ilə hazır sənədlərin alınmasını müvəqqəti olaraq təxirə salmağı tövsiyə edir. Eyni zamanda, vətəndaşların nəzərinə çatdırılır ki, Novruz Bayramı ilə əlaqədar Əmlak Xidmətləri Məkanında martın 20-28-i qeyri-iş günləri olacaq”, – deyə məlumatda qeyd olunub.

©Report

Son xəbərlər
Digər xəbərlər