15 C
Baku
Friday, March 29, 2024

Əmlakını yanğından sığortalayanların çoxalması bu bazarı 84% böyüdüb

Cari ilin ilk üç ayında Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar öncəki ildən 84 faiz yuxarıdır.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2023-cü il üçün təqdim etdiyi statistik göstəricilərə istinad edir.

2023-cü ilin yanvar-fevral aylarında əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımların həcmi 12 milyon 134.4 min manat olmaqla öncəki ilin eyni müddətindən84% çox olarkən, ödənişlərin həcmi 170.7 min manat olmaqla illik 58% azalıb.

 

Bu sığorta üzrə ödənişlərin azalması sığorta şirkətlərinin qazanclarına kəskin müsbət təsir edib. Belə ki, sığorta haqları ilə ödənişlər arasındakı fərq 2022-ci ildə 6 milyon 177.5 min manat olduğu halda, bu il müsbət 11 milyon 963.8 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər