23 C
Baku
Friday, April 26, 2024

Əmlakın yanğından və digər risklərdən sığortasında böyük artım

Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortasına maraq kəskin artır.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, ilin ilk 5 ayında əmlak sığortası üzrə yığımlar 56 milyon 847,1 min manata çatıb. Bu da illik müqayisədə 6 faizlik artım deməkdir. Ötən ilin müvafiq dövründə isə əmlak sığortası üzrə yığımlar 53 milyon 557 min manat təşkil etmişdir.

Bu ilin yanvar-may ayları ərzində əmlakın yanğından və digər risklərdən sığortası üzrə sığorta şirkətlərinin yığımları 15 mln 479,2 min manat təşkil edib. Bu, yanvar-aprel ayları ilə müqayisədə 3 mln. 295,1 min manat və 27% çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisə etsək, ölkədə əmlakın yanğından və digər risklərdən sığortası üzrə daxilolmalar 2,607 mln. manat və ya 14% azalıb.

2020-ci ilin yanvar-may aylarında əmlakın yanğından və digər risklərdən sığortası üzrə 1 mln. 081,2 min manatlıq ödəniş həyata keçirilib. Bu, yanvar-aprel aylarındakı göstəricidən 132,8 min manat və ya 14% çox, 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 15,4 min manat və ya 1,4% azdır.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər