17 C
Baku
Friday, May 10, 2024

Əmtəə nişanlarının Dövlət reyestrinin aparılmasına dair qayda dəyişib

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2019-cu il 19 fevral tarixli 1509-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 5 aprel tarixli 608 nömrəli Fərmanının 1.2-ci
və 1.5-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydasının
və coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydasının
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 30 avqust tarixli 143 nömrəli Qərarında aşağıdakı
dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş “Coğrafi göstəricilərin Dövlət
reyestrinin aparılma Qaydası” üzrə:
1.1.1. 4-cü hissədə “İntellektual Mülkiyyəti” sözləri “Əqli
Mülkiyyət” sözləri ilə əvəz edilsin;
1.1.2. 5-ci hissənin altıncı abzasında “Əqli Mülkiyyət
Agentliyinə” sözləri “Agentliyə” sözü ilə əvəz edilsin;
1.1.3. 6-cı hissənin birinci abzasına “əlavə” sözündən sonra
“(dəyişiklik)” sözü əlavə edilsin;
1.1.4. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:
“7. Məlumatların reyestrə daxil edilməsi ilə əlaqədar bütün işlər
bu Qaydanın 6-cı hissəsinin ikinci, dördüncü-altıncı abzasları ilə
müəyyən edilmiş rüsumların və üçüncü abzası ilə müəyyən edilmiş
haqqın ödənildiyini təsdiq edən sənəd təqdim edildikdən sonra
yerinə yetirilir.”;
1.1.5. 9-cu hissədə “rüsumu” sözü “haqqı” sözü ilə əvəz
edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş “Əmtəə nişanlarının Dövlət
reyestrinin aparılma Qaydası” üzrə:
1.2.1. 4-cü hissədə “İntellektual Mülkiyyəti” sözləri “Əqli
Mülkiyyət” sözləri ilə əvəz edilsin;
1.2.2. 5-ci hissə üzrə:
1.2.2.1. altıncı abzasda “Əqli Mülkiyyət Agentliyinə” sözləri
“Agentliyə” sözü ilə əvəz edilsin;
1.2.2.2. onuncu abzasda “ÜİMT” akronimi “ÜƏMT” akronimi ilə
əvəz edilsin;
1.2.3. 6-cı hissənin birinci abzasına “əlavə” sözündən sonra
“(dəyişiklik)” sözü əlavə edilsin;
1.2.4. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:
“7. Məlumatların reyestrə daxil edilməsi ilə əlaqədar bütün işlər
bu Qaydanın 6-cı hissəsinin ikinci (əmtəə nişanına görə hüququn
başqa şəxsə verilməsi barədə müqaviləyə münasibətdə), üçüncübeşinci, yeddinci-doqquzuncu abzasları ilə müəyyən edilmiş
rüsumların, ikinci (əmtəə nişanından istifadə hüququna dair lisenziya
müqaviləsinə münasibətdə) və altıncı abzasları ilə müəyyən edilmiş
haqların ödənildiyini təsdiq edən sənəd təqdim edildikdən sonra
yerinə yetirilir.”;
1.2.5. 9-cu hissədə “rüsumu” sözü “haqqı” sözü ilə əvəz
edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15
sentyabr tarixli 139 nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, № 9, maddə 743; 2014, № 5, maddə
576; 2018, № 12 (II kitab), maddə 2734) ilə təsdiq edilmiş “Əmtəə
nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nda aşağıdakı
dəyişikliklər edilsin:2.1. 1.2-ci bənddə “Əmtəə nişanlarına dair müqavilələr” sözləri
“Əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenziya
müqaviləsi haqq, əmtəə nişanına dair hüquqların verilməsi barədə
müqavilə isə” sözləri ilə əvəz edilsin;
2.2. 2.3-cü bəndin yeddinci abzasında “dövlət rüsumunun”
sözləri “haqqın” sözü ilə əvəz edilsin;
2.3. 3.3-cü bəndin dördüncü cümləsinə “rüsum” sözündən
sonra “və ya haqq” sözləri əlavə edilsin;
2.4. 3.4-cü bəndin ikinci cümləsində və Qaydalara 5 nömrəli
əlavədə “rüsumun” sözü “haqqın” sözü ilə əvəz edilsin.

Azərbaycan Respublikasının
Baş naziri Novruz Məmmədov

Son xəbərlər
 ⁠
Digər xəbərlər