11 C
Baku
Sunday, May 19, 2024

Əmtəə nişanlarının qorunması qanunvericilikdə öz əksini tapacaq

Əmtəə nişanlarının təkrar istifadəsinin qarşısının alınması qanunvericilikdə öz əksini tapacaq.

Bu barədə Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

Onun sözlərinə görə, biznesin adının qorunması ilə bağlı ümumi normaların qanunvericilikdə mövcudluğuna baxmayaraq, əmtəə nişanlarının adının da hüquqi şəxslərdə təkrarlanması ayrı-ayrı subyektlərin biznes maraqlarına toxunur.

“Artıq layihələrin içində həm də əmtəə nişanı kimi qeydiyyata alınan sözlərin daha sonradan hüquqi şəxsin adı kimi istifadəsini məhdudlaşdıran normaların da qanunvericiliyə gətirilməsi ilə bağlı təkliflər hazırlanıb”, – deyə Samirə Musayeva qeyd edib.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər