2012-ci ilin dekabr ayında İspaniyada böyük mükafatlı yarış keçirilirdi və bu yarışda ən güclü qaçış üzrə idmançılar iştirak edirdilər. Ən maraqlı hadisə isə finiş xəttində baş verdi. Londonda keçirilən Olimpiada oyunlarında 3000 metr maneəli qaçış üzrə bürünc mükafatçı keniyalı Abel Mutai əminliklə hər kəsdən öncə gəlir, lakin finiş xəttinə 10 metr məsafə qalmış dayanır.
O səhvən artıq finiş xəttini keçdiyini düşünür və tamaşaçıları salamlamağa başlayır. Tamaşaçılar isə öz növbəsində ispan dilində ona finiş üçün hələ 10 metr də qaçmalı olduğunu başa salmağa çalışırlar. Finişə ikinci olaraq gələn ispan İvan Fernandes Ayayya keniyalının səhvindən istifadə edərək finişi lider olaraq başa vura bilərdi. Lakin İvan Fernandes bunun əvəzində finiş xəttini göstərərək Abeli arxadan itələməyə başlayır. Yarışlardan sonra İvan Fernandes bildirmişdi ki, ləyaqət qızıl medalı qazanmaqdan daha vacibdir.
Comments are closed.